"132 milyon manat yemək olar? Sırf texniki olaraq, cahilliyimdən soruşuram".
Ednews Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun 132 milyon manat dövlət vəsaitini mənimsəməsinə münasibət bildirib.
"Bu ölkədə bir balaca "butka"nı yol kənarına qoyub tum satmaq olmur. 132 milyon manat? 132 milyon..." deyə, Murad sözlərinə əlavə edib.