Xəbəri olmadan külli miqdarda vergi borcu yaranıb - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Xəbəri olmadan külli miqdarda vergi borcu yaranıb

Cəmiyyət A- A A+

Göyçay rayon sakini Rəsul Mansurov adına vergi borcu yazıldığını iddia edir.

Ednews Xəzər Xəbər-ə istinadən xəbər verir ki, o, iş axtarmaq istəyərkən belə vəziyyətə düşdüyünü deyir.

Pandemiya dövründə işsiz qalan Rəsul Mansurov vatsapda yaradılmış işədüzəltmə qruplarından birinə qoşulub. Qrupda paylaşılmış bir elan onun diqqətini çəkib.

Danışıqlardan sonra ona işləyəcəyi deyilib. İş üçün deyilən obyektə gedən vətəndaş gözləmədiyi vəziyyətlə üzləşib. Adına VÖEN açıldığını, külli miqdarda vergi borcunun yarandığını öyrənib.

Rəsul Mansurovun sözlərinə görə, vəziyyətin ciddiliyini məhəkəmədən yaşadığı ünvana göndərilən məktubdan anlayıb.

Hüquqşünanslar bildirirlər ki, belə vəziyyətlə qarşılaşanlar hüquq-mihafizə orqanlarına müraciət etməlidirlər. Bundan sonra dələduzluq etdiyi iddia edilən şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...