Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Ednews Apa.az-a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, “Saipa” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Minik maşını eyni istiqamətdə depoya gedən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.
İdarəetmədın çıxan minik maşını daha sonra beton yol ayrıcına çırpılaraq dayanıb. Qəza zamanı sərnişin xəsarət alıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Qəzanın dəqiq baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün avtotexniki ekspertiza təyin edilib.