Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gəlinməklə 600 manatının və qızıl üzüyünün alınması barədə polisə məlumat daxil olub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini A.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.