Azərbaycanda yeni medal təsis edilir.
Ednews xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı təsis ediləcək.
Layihə səsverməyə çıxarılaraq, I oxunuşda qəbul edilib.