Şabranda yol polisi avtomobilin zərbəsinə tuş gəlib.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci km-də, Şabranın Gəndab kəndi ərazisində qeydə alınıb.
Burada xidmət edən yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yol polisi Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onu vuran sürücünün kimliyi araşdırılır.