Azərbaycan Respublikasının 1996-2001-ci illərdə iqtisadiyyat naziri olan Namiq Nəsrullayev vəfat edib.
Ednews xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yer alıb.
Xatırladaq ki, Namiq Nəsrullayev 2 fevral 1945-ci ildə Bakıda dünyaya gəlib.
O, Hesablama Palatasının ilk sədri (2001–2007) olub, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.
Namiq Nəsrullayev 1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə "Əmək rəşadəti" medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə "Dostluq" ordeni, 2007-ci ildə Rusiya Federasiyasının Hesablama Palatasının "Fərqlənmə nişanı" ilə təltif edilib.