Bakıda qadın sərnişinə əxlaqsız təklif edən taksi sürücüsü saxlanılıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Ednews-a bildirib ki, polis əməkdaşları tez bir zamanda həmin sürücünün şəxsiyyətini müəyyənləşdiriblər.
“1972-ci il təvəllüdlü bu şəxs tutulub. Onun barəsində inzibati məhkəmə prosesi gedir, əməllərinə hüquqi qiymət veriləcək”, - deyə E.Hacıyev vurğulayıb.
Xatırladaq ki, srağagün gecə Bakıda taksi sifariş edən xanıma qarşı “Uber” sürücüsündən əxlaqsız təklif olub.