Yanvarın 19-da Gəncədə naməlum şəraitdə Sərxan Orucova bıçaq xəsarəti yetirən şəxs müəyyən edilərək saxlanılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.
Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə 1986-cı il təvəllüdlü şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Orucovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib" - deyə E.Qasımov əlavə edib.