İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib

Cəmiyyət A- A A+
İtaliyanın mərkəzində 4,1 bal gücündə zəlzələ baş verib, qatarların hərəkəti dayanıb.
 
Ednews xəbər verir ki, bu barədə yerli “İtaly-24 News” agentliyi bildirib.
Agenlik qeyd edib ki, Milli Geofizika və Vulkanologiya İnstitutundan təkanların Adriatik dənizi sahilləri boyunca Rimini və Ravenna kimi böyük şəhərlərdə də hiss olunduğu bildirilib.
 
Xatırladaq ki, Emiliya-Romanya bölgəsində artıq bir neçə gündür ki, seysmik aktivlik davam edir. Dəniz sahillərində yerləşən bəzi şəhərlərdə məktəblər bağlanıb.
 
Dağıntılar, ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...