Beyləqanda avtomobil su kanalına aşdı: 2 ölü, 1 yaralı var - FOTOLAR - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Beyləqanda avtomobil su kanalına aşdı: 2 ölü, 1 yaralı var - FOTOLAR

Cəmiyyət A- A A+

Beyləqanda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Ednews xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb. 50-BT-575 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman sürücü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza zamanı iki nəfər hadisə yerindəcə həyatını itirib.

Bir nəfər isə ağır bədən xəsarətləri alaraq Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...