Gəncədə külli miqdarda hərbi sursat tapılıb - FOTOLAR - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Gəncədə külli miqdarda hərbi sursat tapılıb - FOTOLAR

Cəmiyyət A- A A+

Yanvarın 31-də Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" xidmətindən  Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) Gəncə şəhərinin Sevinc qəsəbəsində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. 

Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası komandası ANAMA-nın tapşırığı əsasında dərhal əməliyyat üçün Gəncə şəhərinə yollanıb. 

Qurumun mütəxəssisləri və Gəncə şəhəri Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində mütəxəssislər tərəfindən 19 ədəd F-1 əl qumbarası, 22 ədəd RQD-5 əl qumbarası, 41 ədəd UZRQM partladıcısı, 5.45 kalibrli 36 min 720 patron, 7.62 kalibrli 29 min 40 ədəd patron aşkarlanıb.

Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Oğuz Ayvaz

1

1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...