Niderlandda eko-fəalların aksiyası keçirilib - BAMF nümayəndəsi parlament nümayəndələri ilə Laçın dəhlizini müzakirə edib - FOTOLAR - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Niderlandda eko-fəalların aksiyası keçirilib - BAMF nümayəndəsi parlament nümayəndələri ilə Laçın dəhlizini müzakirə edib - FOTOLAR

Cəmiyyət A- A A+

Niderlandın Den Haaq şəhərində Azərbaycan əsilli bir sıra vətəndaş cəmiyyəti nümayəndələri və fəalları Ermənistan və Rusiyanın Qarabağdakı “sülhməramlılarının” dəstəyilə edilən ekoloji oğurluğa qaşı aksiya keçirib. Aksiya Den Haaq şəhərindəki Sülh Sarayının qarşısında baş tutub. 

Ednews-un məlumatına görə, aksiya iştirakçılarının arasında niderlandlı yazıçı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Niderlanddakı nümayəndəsi Henri Van Rens də iştirak edib. H.Van Rens qeyd edib ki, aksiyada Ermənistan və Rusiyanın ekoloji terroruna qarşı birgə şüarlar səsləndirilib və günorta radələrində aksiya iştirakçıları arasında bir sıra aparıcı şəxslərlə Niderland parlamentinin ikinci palata üzvləri arasında görüş olub. 

Görüşdə Henri Van Rens də daxil olmaqla parlament nümayəndələri ilə Laçın dəhlizi ilə bağlı məsələ müzakirə edilib.

Elnur Ənvəroğlu

 

1

1

1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...