"İranın təhlükəsizlik qüvvələri ciddi tədbir görməyib" - Prezident - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"İranın təhlükəsizlik qüvvələri ciddi tədbir görməyib" - Prezident

Cəmiyyət A- A A+
"Azərbaycanın İrandakı səfirliyinin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumun qarşısı alınıb".
 
Ednews  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bildirib.
 
Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.
 
Prezident İlham Əliyev vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.
 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...