“Səfirliyimizə hücum edən terrorçu polisə işarə etdi və binaya daxil oldu”

Cəmiyyət 17:40 06.02.2023
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı təfərrüatlar məlum olub. 
 
Ednews xəbər verir ki, brifinqdə terror aktının yeni görüntüləri, hadisə zamanı xəsarət alan və hazırda xəstəxanada müalicə olunan səfirlik işçilərinin açıqlamaları yayımlanıb. 
 
Mahir İmanov bildirib ki, hadisə baş verən gün o növbəni təhvil verib:
 
“Səfirliyin qarşısında belə hadisələr həmişə baş vermir. Ona görə də qapıya yaxınlaşıb açdım ki, nəsə reaksiya verim. Qapını bağlamaq istəyəndə həmin şəxs bizim binaya gələrək atəş açdı. Polis orada silahlı olur. Heç kimə də xəbər vermir ki, belə bir hadisə baş verir. Biz Orxan Əsgərovla tez mühafizə postuna daxil olduq ki, müqavimət göstərmək üçün nəsə götürək. O da elə ata-ata dalımızca gəlirdi. Orxan yıxıldı, atəşlərin səsi də kəsildi. Çevrilib gördüm ki, Vasif artıq onu tutub. Qalxıb Vasifə kömək etmək istəyəndə gördüm ki, sol ayağımdan güllə yarası almışam. Vasif ani olaraq hərəkət etməsəydi, orada çox böyük faciə çıxacaqdı”. 
 
Vasif Tağıyevin fikrincə, terrorçunun məqsədi binada yaşayan hər kəsi öldürmək olub:
 
“Həmin gün səhər xidməti təhvil aldım. Monitorlarla əraziyə nəzarət etdiyim vaxt maşının yaxınlaşdığını gördüm. Bu zaman Mahir İmanov və Orxan Əsgərov şöldən içəri daxil olurdular. Onlar maşını saxlayıb içəri girən anda qəza oldu. Maşından düşən bir nəfər polisə əllə işarə etdi və silahla binaya atəş aça-aça içəri girərək hadisə törətdi. Mən vurğulamaq istərdim ki, diplomatik polisin vəzifəsində diplomatik nümayəndənin və diplomatların toxunulmazlığı mühafizəsini təşkil etmək var. Polis oradan ona reaksiya verməyərək geri qayıdıb kabinkasında oturur. Məlumat üçün deyim ki, polis orda silahlı şəkildə olur.
 
Bu şəxs içəri girəndə ilk olaraq Orxan Əsgərovun kürəyindən vurur. Səfirliyimizin binası həm xidməti, həm də yaşayış binasıdır.
 
Orada 6 ailə yaşayır. Mən və Mahir İmanov da orada yaşayırıq. Mən belə başa düşürəm ki, onun məqsədi hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. Onu tutandan sonra həmin şəxs iki atış açdı. İkinci mənim çiynimdən dəydi. Özümdə güc topladım ki, bu binada ailələr, uşaqlar yaşayır. Mənə bir şey olsa da, onlara heç nə olmasın. Bacardığım qədər onu çölə atmağa, polisə təhvil verməyə çalışırdım. Fars dilində də qışqırararq polisdən kömək istəyirdim”. 
 
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı