AĞ PARTİYA "Türkiyəyə dəstək" aksiyasına qoşulan ilk siyasi qurum oldu - Cavanşir Abbaslıdan AÇIQLAMA - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

AĞ PARTİYA "Türkiyəyə dəstək" aksiyasına qoşulan ilk siyasi qurum oldu - Cavanşir Abbaslıdan AÇIQLAMA

Cəmiyyət A- A A+
Ağ partiya Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə 5 min türk lirəsi (təxmini 500 AZN) ianə toplayıb. 
 
Bu barədə məlumatı Ağ partiya sədrinin müavini Cavanşir Abbaslı şəxsi facebook hesabında bildirib. O, qeyd edib ki, partiya qardaş ölkəyə yardım edən ilk siyasi partiya olub. 
 
"Qardaş ölkəyə dəstəyimiz bundan sonra da davam edəcək. Allah bütün türk dünyasını, Türkü qorusun. Amin!"
 
Qeyd edək ki, Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Dünyanın müxtəlif ölkələrindən zəlzələ qurbanlarına yardım kampaniyası həyata keçirilir. Xatırladaq ki, son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 8574 nəfərə çatıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...