FHN-in daha 229 nəfər şəxsi heyəti Kahranmaraşa çatıb - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

FHN-in daha 229 nəfər şəxsi heyəti Kahranmaraşa çatıb

Cəmiyyət A- A A+

Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinin daha 229 nəfər şəxsi heyəti Kahranmaraşa çatıb.

Ednews APA-ya istinadən xəbər verir ki, heyət hazırda AFAD-ın Təhsil Mərkəzində yerləşən kampa giriş edib.

Onlar yaxın saatlarda şəhər ərazisində yerləşən axtarış-xilasetmə işlərinə cəlb ediləcək.
Bununla Bakıdan çıxan 7-ci təyyarə ilə gələn şəxsi heyət özləri ilə xilasetmə avadanlıqları və təminat vasitələri gətirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 725 nəfər şəxsi heyəti qardaş Türkiyəyə gələrək zəlzələnin nəticələrinin aradan qaldırılmasl ilə bağlı axtarış -xilasetmə işlərinə cəlb edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...