Azərbaycan əsilli iranlı futbolçu Əli Daei ev dustaqlığına buraxılıb.
Ednews xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Məşhur futbolçu həbsdən çıxandan dərhal sonra digər idmançılarla birlikdə Xoy şəhərinə səfər edərək son zəlzələdən zərərçəkənlərə yardım edib.