"Tərtər işi”nə görə tutulan şairin məhkəməsi BAŞLAYIR - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

"Tərtər işi”nə görə tutulan şairin məhkəməsi BAŞLAYIR

Cəmiyyət A- A A+
"Tərtər işi” ilə bağlı həbs olunmuş ədliyyə mayoru Rahib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
 
Ednews  xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
 
"Tərtər işi”nə görə ittiham olunanların işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.
 
Qeyd edək ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.
 
Onun "Həyat eşqi", "Sevgi Dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub. Bundan başqa "Sarıqamışdan gələn məktub", "Qisas", "Türkmənçay" romanlarının müəllifidir. Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.
 
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
 
İstintaq zamanı iş üzrə cinayət əməlində şübhəli bilinən Məmmədov Rahib Ramazan oğlu həbs olunub.
 
Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...