Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi Xocalı soyqırımının otuz birinci ildönümünü qeyd edib.
Tədbirdə Azərbaycanın Qahirədəki səfirliyinin müvəqqəti işlər vəkili, müşavir Ramiz Vəliyev, Azərbaycan- Misir Dostluq cəmiyyətinin prezidenti Seymur Nəsirov, cəmiyyətinin xəzinədarı Əhməd Trabik, Misir Ərəb Respublikasındakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Həmçinin akademiklər, media nümayəndələri və Azərbaycanla maraqlanan mütəxəsislər iştirak ediblər.
Müşavir Ramiz Vəliyev çıxışında qeyd edib ki, Xocalı soyqırımından otuz bir il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu faciəni unutmayıb və unutmayacaq və bu Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Təəssüflər olsun ki bu günə kimi bu cinayəti törətdən ermənilər hələ ki məsuliyyətə cəlb edilməyib.
Vəliyev əlavə edib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bütün azərbaycanlılar bu qətliamın xatirəsini hər il yad edirlər. Son olaraq Vəliyev bu faciədə Azərbaycanı dəstəkləyən hər kəsə təşəkkür edib.
Loğman Yunis