İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir Şuşa şəhərində olub.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Tvitterdə bildirib.
“Qonağa Şuşada aparılan quruculuq-bərpa işləri, əhalinin köçü məqsədilə tikilən yaşayış binaları haqqında məlumat verilib. Qonaq Şuşanı gəzərək qədim şəhərin mədəniyyəti, tarixi abidələri ilə yaxından tanış olub”, - deyə o, əlavə edib.