Xəbər verdiyimiz kimi Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.
Ednews xəbər verir ki, şagirdlər Bakı Anadolu və Bakı Atatürk Liseyinə yerləşdirilib.
Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.
Xatırladaq ki, bu liseylərdə təhsil alanlardan əsas tələb şagirdlərin valideynlərindən biri mütləq Türkiyə vətəndaşı olmalıdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel Ednews-a özəl olaraq açıqlamasında bildirib ki, Türkiyədən gətirilən uşaqların hər birinin valideynləri sağdır.
“Onlar yataqxanalara deyil, buradakı qohumlarının yanına gətirilib. Bu şagirdlər buraya valideynləri ilə birlikdə əsasən nənə və babalarının yanına yerləşdiriliblər”.
Təhsil Müşaviri qeyd edib ki, onlar Türkiyədə zəlzələ nəticəsində evləri dağılan ailələrdir.
Ayan Rzayeva