Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) Cəbrayıl və Zəngilan rayonlarında tikintisi yekunlaşıb.
Ednews xəbər verir ki, bunu Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi İlham Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda yolun digər ərazilərinin tikintisi davam etdirilir.
"Yol boyu 27 körpü nəzərdə tutulur ki, onun hazırda 12-nin tikintisi başa çatıb, daha 12 körpü isə tikilməkdədir. Yaxın vaxtlarda yolda olan daha 3 körpünün inşasına başlanacaq", - deyə İ.Məmmədov bildirib.