Martın 1-də, Bakının Müşviqabad qəsəbəsində Qeyri Hökümət Təşkilatlarına Dəstək Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Heydər Əliyev İli" ilə əlaqədar olaraq QHT-lərin iştirakı ilə ağacəkmə aksiyası həyata keçirib.
Ednews xəbər verir ki, aksiyada Beynəlxalq Avrasiya Mətbuat Fondu da iştrakçılar arasında yer alıb.
Keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.
Qeyd edək ki, QHT və Təbii Sərvətlər Nazirliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.