Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib.
Ednews xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.