Ednews xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva deyib.
Onun sözlərinə görə, şərt deyil ki, qadın hamilə olsun və ya özü dünyaya uşaq gətirsin:
“Hamiləliyə və analığa görə məzuniyyət yalnız o qadınlara görə nəzərdə tutulmayıb ki, onlar dünyaya uşaq gətiriblər. Uşağı öz himayəsinə götürən qadın 56 gün analıq məzuniyyətinə çıxa bilər. Bu zaman həmin qadına doğumdan sonrakı analıq məzuniyyəti verilir”.
Aysel Şahmar