Yanğınsöndürən olmaq bir çoxlarının uşaqlıq arzusu idi. İnsanları xilas etmək, yanğına meydan oxumaq bu peşənin sahiblərini əls qəhrəman edir.
Ednews yanğınsöndürənlər haqqında maraqlı faktlar təqdim edir:
Ölkəmizdə Yanğından Mühafizə Xidməti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1918-ci ildə yaradılıb.
1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edib.
2002-ci il oktyabr ayının 5-də mərhum prezident Heydər Əliyev oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
1666-cı ilin sentyabrında Londonu bürüyən dəhşətli yanğın 13.000-dən çox evi məhv etdi. Bu fəlakətdən sonra bir çox sığorta şirkətləri sığorta ödənişlərinin məbləğini azaltmaqla yanğınla mübarizə aparmaq üçün öz yanğınsöndürmə briqadalarını yaratmağa başladılar.
Yanğınsöndürənlərin uniforması 1 200 °С dək istiliyə dözümlüdür. Bu uniforma konsentratlı turşuları və alkalisləri hopdurmayan materialdan hazırlanır. Onun ağırlığı isə 5-30 kq təşkil edir.
Yanğınsöndürənlər yanğın söndürməklə yanaşı, həm də bir çox hadisələr zamanı köməyə gəlirlər - subasma, zəlzələ, terror aktları, heyvanlar dara düşdükdə və s. Bundan əlavə, onlar su təsisatçıları, elektrikçilər, mexaniklər, psixoloqlar və hətta tibb işçiləridir.
Filmlərdə yanğınsöndürənlər tez-tez şaquli şəkildə quraşdırılmış dirəyə dırmaşarkən görünür. Bu, kinorejissorların ixtirası deyil, belə dirəklər həqiqətən də çoxdan istifadə olunub. Dirək, yanğınsöndürən maşınların və avadanlıqların yerləşdiyi ikinci mərtəbədən birinci mərtəbəyə enmə vaxtını əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.
Yanğınsöndürənlər çox vaxt yanan otaqda olan insanları xilas etmək üçün öz həyatlarını riskə atmalı olurlar. Buna görə də onların avadanlıqları artan tələblərə tabedir. Məsələn, kostyum 1200 dərəcə istiliyə tab gətirə bilən xüsusi materialdan hazırlanıb. Bu, bir çox metalların ərimə nöqtəsindən yuxarıdır. Məsələn, qalay artıq 232 dərəcə Selsi temperaturunda əriməyə başlayır. Bu uniforma konsentratlı turşuları və alkalisləri hopdurmayan materialdan hazırlanır. Onun ağırlığı isə 5-30 kiloqram təşkil edir.
Vəfa Ustayeva