Prezidentdən sakinlərə: “30 il əziyyət çəkdiniz, borcumuz idi bu torpaqları geri götürmək” - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Prezidentdən sakinlərə: “30 il əziyyət çəkdiniz, borcumuz idi bu torpaqları geri götürmək”

Cəmiyyət A- A A+

“Borcumuz idi bu torpaqları geri götürmək və bu torpaqları yenidən qurmaq, sizi də buraya yerləşdirmək”. 

Ednews xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı sakinlərlə görüşdə deyib. 

“Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var”, - deyə İlham Əliyev qeyd edib. 
Ölkə başçısı yaradılan şəraitə görə və doğma torpaqlara qayıtmalarına görə təşəkkür edən sakinlərə bildirib: “Siz durdunuz arxamda, ona görə də öldü var, döndü yoxdur, qurtardı getdi”. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...