Hazırda Bakıda “Koroğlu” körpüsü bağlanıb, Qara Qarayev prospektindən Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə giriş məhdudlaşdırılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Telegram kanalları yayıb.
Mənbə yazır ki, bu səbəbdən Qara Qarayev də daxil olmaqla, bir çox küçədə hərəkət tamamilə bloklanıb.
Qeyd edək ki, mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.