Azərbaycanda karantin zamanı yazılan cərimələr ləğv edilir? AÇIQLAMA

Cəmiyyət 14:10 18.04.2023

Azərbaycanda pandemiya dövründə karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələ gündəmə gəlib. Qeyd edək ki, əvvəllər bu təkliflərə qarşı belə iddia var idi ki, cərimələr ləğv olunsa, əhalidə arxayınlıq yaranar, yoluxma artar. Amma artıq bu təhlükə yoxdur. Yeri gəlmişkən, qonşu Gürcüstanda pandemiya cərimələri hökumətin təqdimatı ilə parlament tərəfindən çoxdan ləğv edilib.

 Azərbaycanda da karantin zamanı yazılan cərimələr ləğv oluna bilərmi? Bu barədə qərar qəbul edilə bilərmi? Parlamentdə müzakirə oluna bilərmi?

Məsələ ilə bağlı Ednews-a millət vəkili Bəhruz Məhərrəmov bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında da ifadə edildiyi kimi, bu il COVİD-19 pandemiyasının tam başa çatacağı ehtimal edilir. Bildiyiniz kimi, artıq Azərbaycanda da karantin rejimi ilə bağlı məhdudiyyətlərin, demək olar ki, əksər hissəsi aradan qaldırılıb. Ötən dövrə diqqət yetirsək, itki və zərərlərimizi digər ölkələrlə müqayisə etsək, hökumətin bu istiqamətdə həm profilaktik, həm sosial-iqtisadi, həm də qanunvericilik səviyyəsində addımlarının uğurlu olduğunu demək olar. 

“Xüsusən o zaman gərgin situasiyaya cinayət və inzibati qanunvericilik səviyyəsində çevik reaksiyaların verilməsi pandemiya ilə mübarizədə mühüm rol oynadı. Lakin həmin periodda karantinin tələblərini ehtiva edən məsələlər üzrə pozuntulara görə inzibati və cinayət məsuliyyətinə cəlb olunan şəxslərin bir qisminin hələ də tənbeh və cəza növü kimi müəyyən olunan cərimələrini ödəmədiyi məlumdur. Təbii ki, Azərbaycan dövləti heç bir vətəndaşının hər hansı formada məhrumiyyətlərə məruz qalmasını arzu etmir. Bu istiqamətdə istər cinayət qanunvericiliyində dekriminallaşma sahəsində tədbirlər, istər inzibati normalarda yumşalmalarla bağlı kifayət qədər addımlar atılıb. Lakin beynəlxalq təcrübədə də qəbul edildiyi kimi, güzəştlər ədalətli xarakter daşımalı, eləcə də cəmiyyətin qanunlara hörmət ruhuna mənfi təsir göstərməməlidir.  

Yəni qəsdən törədilməyən, yaxud törətdiyinə görə səmimi peşmançılıq ifadə edən, aztəminatlı olan, karantin tələbləri ilə bağlı məruz qaldığı cəriməni ödəmə qüvvəsi olmayan şəxslərin bu cərimələrdən azad olunması prinsipcə mümkündür.  Lakin karantin tələblərini pozduğuna görə cərimələnən vətəndaşlara güzəştlərin tətbiqi və onların cəzadan azad edilməsi məsələsi yalnız və yalnız qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutulmaqla müzakirə oluna bilər”.

Hüquqşünas Loğman Abdullayev bildirib ki, Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir.

O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var:

"Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli, bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geri alır. Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək".

Oğuz

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hamısı