Dünən axşam saatlarından etibarən Twitter Blue abunəsi olmayan hesabların sosial media platformasındakı mavi işarələr silinib. Twitter-in sahibi İlon Mask bəzi məşhurlar adına ayda 8 dollar, ildə isə 84 dollar olan Twitter Blue haqqını ödədiyini açıqlayıb.
Ednews xəbər verir ki, Twitter dünəndən etibarən minlərlə istifadəçidən mavi işarəni silməyə başlayıb. Yüksək profilli media qurumları da bu gündən etibarən “dövlətə bağlı media” və “ictimai/hökumət tərəfindən maliyyələşdirilən media qurumları” etiketlərini itirib. Bu təşkilatlar arasında BBC də var.
Ötən həftə BBC Twitter-in platformadakı əsas hesablarından birində yerləşdirdiyi “dövlət tərəfindən maliyyələşdirilən media orqanı” ifadəsini “dövlət tərəfindən maliyyələşdirilən media orqanı” ifadəsi ilə əvəz edib.
Ləman Abbaslı