“İşçilərə verilən fərdi mühafizə vasitələrin daimi istifadə etməlidirlər”
Ednews xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.
Onun sözlərinə görə, iş yerində bədbəxt hadisələrin baş verməməsi üçün bütün tədbirləri görürük.
“Müvafiq maarifləndirici silsilə tədbirlər keçirilir. Ümumiyyətlə, işəgötürən də bədbəxt hadisələr baş verməsin deyə bütün vacibi tədbirlərini görməlidir. Əməyin mühafizəsi sahəsində standarlar yaradılır. 2021-ci ildə ən gözəl üsullardan olan əməyin mühafizə standartından istifadə edirik. Burada bədbaxt hadisə veriləcək risklərin aşkar edilməsidir. Qabaqlayıcı tədbirlər görülür. İşin böyük hissəsi işəgötürənin üstünə düşür. Lakin işçinin də vəzifələri var. İşçilər də öz növbəsində ehtiyatlı olmalıdırlar. İşçilərə verilən fərdi mühafizə vasitələrin daimi istifadə etməlidirlər”.
Aysel Şahmar