İşğaldan azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları ilə bağlı ilkin qiymətləndirmə işləri başa çatıb və aidiyyəti dövlət orqanlarına təqdim olunub.
Ednews xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bir çox faydalı qazıntı yatağının növbəti dövrlərdə istismarı ilə bağlı layihələr mövcuddur.
“Əsasən yeni salınacaq şəhərlərimizin - Ağdam, Füzuli, Cəbrayıl və digərlərində tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti materiallarına olan tələbatın ödənilməsi üçün Geoloji Kəşfiyyat Agentliyi tərəfindən ehtiyatların qiymətləndirilməsi işləri aparılır”, - nazir müavini qeyd edib.