İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Füzuli rayonunun Horadiz kəndi ərazisindəki minatəmizləmə sahəsi ilə tanış edilib.
Ednews-un verdiyi xəbərə görə, qonağa ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, təmizlənmə əməliyyatları, tapılan minaların növləri barədə məlumat verilib.
Səfər zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmilərinin müşayiəti edir.
H.Kühn eyni zamanda minatəmizləmə sahəsində və aşkarlanan minaların zərərsizləşdirilməsi aksiyasında da iştirak edib.
Xatırladaq ki, Heidi Kuhn 2022-ci ilin 1-5 mart tarixlərində Azərbaycanda ilk dəfə səfərdə olub. Səfər zamanı Heidi Kuhn ölkəmizin bəşəri mina problem ilə yaxından tanış olmuş və bu istiqamətdə gələcək əməkdaşlıqların təməlini qoymuşdur.
Oğuz