İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Füzuli rayonunun Horadiz kəndininin ANAMA təlim bazasının nəzdindəki ərazidə 2 ədəd ağac əkib.
Ednews-un verdiyi xəbərə görə, səfər zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmilərinin müşayiəti edir.
Xatırladaq ki, Heidi Kuhn 2022-ci ilin 1-5 mart tarixlərində Azərbaycanda ilk dəfə səfərdə olub. Səfər zamanı Heidi Kuhn ölkəmizin bəşəri mina problem ilə yaxından tanış olmuş və bu istiqamətdə gələcək əməkdaşlıqların təməlini qoymuşdur.
Oğuz