Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev "Sülhün Kökləri" təşkilatının qurucusu Heidi Kühnü "Ümumdünya Ərzaq Mükafatı Laureatı 2023" nominasiyasında qalib olması ilə bağlı facebook profilində təbrik edib.
Ednews sözügedən təbriki təqdim edir:
"Beynəlxalq Avrasiya Mətbuat Fondunun tərəfdaş təşkilatı olan "Sülhün Kökləri" (Roots of Peace) təşkilatının qurucusu, dünyanın ən çox tanınan, ən güclü qadın simalarından biri, ictimai xadim Heidi Kühn "Ümumdünya Ərzaq Mükafatı Laureatı 2023" nominasiyasının qalibi oldu. Ötən həftə ABŞ Dövlət Departamentinin Milli Elmlər Akademiyasından canlı yayımlanan Ümumdünya Ərzaq Fondunun bu tarixi mərasiminə Bakı Nobel Klubunda onun özünün də iştirakı ilə şahidlik etdik. Bir daha əziz dostumuz Heidi Kuhnu təbrik edir və ona gələcək fəaliyyətlərində uğurlar arzu edirik".
Qeyd edək ki, "Sülhün Kökləri" təşkilatı BAMF-ın tərəfdaşıdır.