“Sülhün Kökləri” (Roots of Peace) təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycana ikinci səfəri – may, 2023

Cəmiyyət 12:19 17.05.2023
 
Mina təhlükəsi ilə mübarizə proqramı çərçivəsində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə 9-13 may tarixlərində Azərbaycanda səfərdə olub.
 
Azərbaycana ikinci dəfə səfər edən Heidi Kuhnun səfərinin məqsədi ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, “Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərmək, eləcə də Beynəlxalq Analar Günü münasibətilə azərbaycanlı analarla birlikdə mina problemi ilə bağlı dünya qadınlarına qlobal müraciət etmək idi. 
 
Səfərin ilk günündə - mayın 9-da Heidi Kuhn Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Baş məsləhətçisi Eldar Seyidovun müşayiəti ilə Füzuli rayonunun işğaldan azad olunmuş, dağıdılmış və minalarla çirkləndirilmiş ərazilərinə səfər edib. İşğaldan azad edilmiş ərazilərində düşmən tərəfindən törədilən dağıntılar, bu ərazilərdə aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün icra edilən yenidənqurma və infrastruktur layihələri ilə tanış olan xanım Kuhn daha sonra minatəmizləmə əməliyyatları aparılan ərazidə 6 ədəd tank əleyhinə minanın partladılmasında iştirak edib. 
 
Minaaxtaran heyət ilə görüşdən sonra Füzuli rayonu, Aşağı Əbdürrahmanlı kəndində Heidi Kuhnün, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının üzvü Aysəba Mirzəyevanın və sözügedən kəndin yerli qadınlarının, Qarabağın ətraf kəndlərinin, 8 nəfər mina qurbanının ailə üzvlərinin və məcburi köçkünlərin iştirakı ilə dünya qadınlarına birgə bəyanat səsləndirilib. Aşağı Əbdürrahmanlı kəndində keçirilən görüşdə iki dildə səsləndirilən bəyanatı ümumilikdə 47 nəfər qadın imzalayıb. Bəyanatı imzalayanlar ümid edirlər ki, dünya qadınları, anaları bəşəri mina probleminin həll olmasında onların müraciətinə səssiz qalmayacaq və dəstək olacaqlar. Heidi Kuhn həmçinin, Füzuli rayonunda yerləşən ANAMA-nın Horadiz bazasında və Aşağı Əbdürrahmanlı kəndində “Sülhün Kökləri” ağacəkmə kampaniyasını da həyata keçirib.
 
Mayın 10-da Heidi Kuhn ANAMA və BAMF rəhbərliyi ilə birlikdə Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə məzarını ziyarət edib və əziz xatirəsini ehtiramla anıb. Ziyarətdən sonra Heidi Kuhn bu mötəbər gün ilə əlaqədar ANAMA-nın ağacəkmə kampaniyasına qoşulub və oradan dünyaya qlobal mesaj verib. Heidi Kuhn BAMF prezidenti Umud Mirzəyev ilə birlikdə bu il aprelin 26-da Suqovuşanda mina partlayışı nəticəsində bir ayağını itirmiş BAMF-ın əməkdaşı Xəzər Babaşovu xəstəxanada ziyarət edib, ona şəfalarını çatdırıb.
 
Mayın 11-də ABŞ Dövlət Departamentinin Milli Elmlər Akademiyasından canlı yayımlanan "Ümumdünya Ərzaq Mükafatı Laureatı 2023" nominasiyası üzrə qalibin adının açıqlanması mərasimi nominantlardan biri olan Heidi Kuhn Bakı Nobel Klubunda ANAMA və BAMF rəhbərliyinin, milllət vəkillərinin, beynəlxalq təşkilatlarının nümayəndələrinin və dəyərli qonaqların iştirakı ilə birgə izlədi. 2023-cü il üzrə bu önəmli mükafatın qalibi elan olunan Heidi Kuhnün adını ABŞ Dövlət Depatamentinin katibi Entoni Blinken açıqladı və onun hazırda öz missiyasına Azərbaycanda davam etdiyini vurğuladı.  
 
Mayın 12-də Bakı Ali Neft Məktəbinin (BANM) inzibati binasında Heidi Kuhn Heidi Kühnün mina təhlükəsinə həsr etdiyi, BAMF tərəfindən Azərbaycan dilinə təcümə edilən və çap edilən “Canlanan Torpaq” (Breaking Ground) kitabının təqdimat mərasimi keçirilib.
 
Xanımın özünün də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, eləcə də ANAMA yanında İctimai Şura üzvləri və BANM-in tələbələri iştirak edib. Daha sonra universitetin həyətində analoji “Sülhün Kökləri” ağacəkmə kampaniyası reallaşıb.
 
Həmçinin, xüsusilı qeyd olunmalıdır ki, Heidi Kuhnün səfər çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin Köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla da rəsmi görüşləri baş tutub.
Mayın 13-də Heidi Kuhnün Azərbaycan səfəri yekunlaşıb və o vətəni ABŞ-a geri dönüb.
 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
Hamısı