Azərbaycan xoş niyyət nümayiş etdirərək hərbi əsirlərin demək olar ki, yarısını Ermənistana geri qaytarıb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.
Mənbə qeyd edir ki, buna baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur.