Əli Əsədovdan Dövlət Vergi Xidməti işçilərinin maaşları ilə bağlı YENİ QƏRAR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları” yeni redaksiyada təsdiq olunub.
 
Ednews  xəbər verir ki, APA-nın məlumatına görə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərarla əvvəlki “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları” ləğv edilib.