Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova tapılıb.
Ednews xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Lənkəran şəhərində olduğu müəyyən olunub və ailəsinə təhvil verilib.