Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib

Cəmiyyət 17:49 15.06.2023
 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və “T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 9 iyun 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi üç layihənin nümayişi keçirilib.
 
“Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu   
 
Auksionda məktəbin rəsm dərnəyindən şagirdlərin rəsm əsərləri satışa çıxarılmışdır, satışdan yığılan vəsait Türkiyədə zəlzələdən ziyan çəkmiş uşaqlara göndəriləcək.
“Tarixi abidələr” adlı kitabın təqdimatı
 
İcmanın dəstəyi ilə Türkan qəsəbəsində yerləşən abidələr haqqında broşür hazırlanıb. Broşürün hazırlanmasında icma üzvü fotoqraf Xeyrəli Qərib oğlu Həsənovun böyük əməyi olub.
“Məktəbyanı sahənin su qovşağının təmiri”   
 
Məktəbyanı sahənin su qovşağının təmirində lazımi materiallar layihə büdcəsindən alınıb, təmir işləri icma tərəfindən həyata keçirilib.
 
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgər oğlu Abbasov, “Ümid” SİD İB-nin İcraçı Direktoru İsrayıl İsgəndərov, T-Network platformasının Təhsil Proqramlarının İnkişafı üzrə koordinator Samirə Həsənzadə, Türkan qəsəbəsinin İcra Hakimiyyəti, Bələdiyyə nümayəndələri, məktəb direktorları, Məktəb İnkişaf Şuralarının üzvləri iştirak ediblər.
 
13 iyun 2023-cü il tarixində Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının daha bir layihəsinin nümayişi, Heydər Əliyevin 100 illiyinə və Azərbaycan Respublikasının Qurtuluş gününə həsr edilmiş “Sən elə bir zirvəsən...” adlı tədbir keçirilib. Tədbirdə “Ümid” SİD İB-nin nümayəndələri, məktəb rəhbərliyi, Məktəb İnkişaf Şurasının üzvləri, valideynlər və icma nümayəndləri iştirak edib.
“Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu layihəsi çərçivəsində məktəbdə tədbirlərin keçirilməsində böyük ehtiyac olan səyyar proyektor, “Sən elə bir zirvəsən...”   layihəsi çərçivəsində milli rəqs paltarları alınmışdır.
14 iyun 2023-cü il tarixində Bakı şəhəri Hövsan qəsəbəsi M. Mehdiyev adına 280 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi iki layihənin nümayişi keçirilib.
“Məktəbdə radio qovşağının hazırlanması”
 
Radio qovşağı ilə hər gün məktəb yenilikləri, tarixi hadisələr, xəbərlər, elanlar şagirdlərə çatdırılacaq.  Radio qovşağından ilk dəfə 2022-2023-cü il məzunlarının son zəngində istifadə edildi.
“Milli rəqs geyimlərinin alınması”
 
Layihənin həyata keçirilməsi məktəblilərin ictimai tədbirlərə maraq və həvəslərini artırmağa, onların icma ilə birgə icma üçün çalışmaq arzusunun reallaşmasına kömək edəcək, istedadlı məktəblilərin qabiliyyətlərini nümayiş etdirməsinə şərait yaradacaq, həmçinin valideynlərin tədbirlər zamanı milli geyim əldə etmək üçün sərf etdiyi vaxta və xərcə qənaət etməsində çox böyük dəstək olacaq. 
 
2022-ci ilin dekabr ayından icra olunan “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə Məktəb İnkişaf Şurası formalaşdırılıb. Onlara 16 mövzuda dəyirmi masa, 8 mövzuda təlim keçirilib. Əldə olunan biliklər nəticəsində və məktəbin ehtiyaclarını nəzərə alaraq hər iki məktəbin Məktəb İnkişaf Şurasının üzvləri 5 layihə hazırlayıb təqdim edib. Təqdim olunan layihələrdən Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 №-li tam orta məktəbdə 2 layihə, Xəzər rayonu Türkan qəsəbəsi 262 №-li tam orta məktəbdə 4 layihə sözügedən layihə çərçivəsində maliyyələşdirilib.
 
Qeyd: Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır.
 

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
Hamısı