Xəbər verdiyimiz kimi, iyunun 16-da Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində baş tutan açılış mərasimində ANAMA, Aİ, BMTİP, ABŞ səfirliyi, BAMF və MAG təşkilatının nümayəndələri iştirak ediblər. Tədbirdə ANAMA-nın İdarə heyətinin sədri Samir Poladov, BAMF-ın prezidenti Umud Mirzəyev, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəsmisi Oana Yudris, ABŞ Səfirliyinin Siyası məsələlər üzrə müşaviri Filip Tişu iştirak ediblər.
BMTİP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Mark Busvell çıxışında bildirb ki, minaların təmizlənmə sahəsində BMT-nin İnkişaf Proqramı olaraq Azərbaycanda fəaliyyət göstərən tək təşkilat deyil:
“Burada Avopa İttifaqını da xüsusilə qeyd etmək istəyirəm. Bu layihə ANAMA-nın minadan təmizlənmiş ərazilərinə məcburi köçkünləri təhükəsiz qayıdışına görə yönəlmiş fəaliyyətdir. Biz minalardan çirkəlnmiş ərazilərdə görülən işləri özümüzə vacib prioritet hesab edirik”.
Onun sözlərinə görə, komponentlərdən biri ANAMA ilə birgə keyfiyyətin idarə edilməsi, burada olan məlumatların emal olunması, onların tətbiqi ilə bağlıdır:
“İkinci komponent isə minalardan təmizlənmə sahəsində əlavə bacarıqların formalaşdırılmasıdır. QHT-lərin və qadınların bu işə qoşulmağı da təqdirə layiqdir. Əslində bu layihə əvvəlcədən həyata keçirdiyimizdir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Tərəfdaşımız Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə həyata keçiririk”.
Ətraflı məlumat video-süjetdə:
Oğuz