Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaların qurbanı olub.
Ednews xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), ANAMA və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı ilə birlikdə mina qurbanlarına dəstəyin artırılmasına və beynəlxalq mina təmizləmə standartlarının təşviqinə diqqət yetirilir.