Güney Azərbaycan şəhərlərində Urmu gölünün qurumasına kütləvi etirazlar davam edir.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayaıb.
Milli fəallar “Urmu gölünü xilas edin!” şüarı ilə Təbriz şəhərinin müxtəlif yerlərinə banerlər asıblar.
Banerlərdə “Fars irqçiliyinə son qoyun!”, “Azadlıq, Ədalət, Milli hökumət!” şüarları yazılıb.