"Azərbaycan Respublikası vətəndaşlarına zərurət olmadığı halda İran İslam Respublikasına səfər etməkdən çəkinmələri tövsiyə olunur və hələ də İrana səfər etməyi planlaşdıran şəxslər xüsusi diqqətli olmalıdırlar".
Ednews xəbər verir ki, “Buta Airways” aviaşirkəti sözügedən xəbərdarlığı bu ilin iyun ayından etibarən öz müştəriləri üçün elan edib.
“Buta Airways” aviaşirkəti mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, bu göstəriş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilib.
Göstərişdə qeyd olunub ki, cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.
Məlumatda o da deyilir ki, hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur.