Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cumhuriyyəti Prezidenti Ersin Tatar Bakıda keçirilən "Fotoğraf ve Kıbrıs Türk kıyafetleri" sərgisində iştirak edib.
Ednews xəbər verir ki, tədbirdə Şimali Kipr Prezidenti Ersin Tatar, türk diplomatlar, fotoqraflar və media nümayəndələri iştirak ediblər.
Sərgidə kiprli fotoqrafların çəkdiyi şəkillər, Şimali Kiprə məxsus milli geyimlər nümayiş etdirilir. Eyni zamanda, kiprli sənətçilərin ifasında milli rəqslər təqdim olunur.
Jurnalistlərə açıqlamasında:
"Azərbaycan və Şimali Kipr Türk Cumhuriyyətinin münasibətlərinin təməli üçün hazırda Bakıdayıq. Bu münasibətilə hazırki Azərbaycan xalqının məlumatlandırılması naminə Kipr Türk Cumhuriyyətinin tarixi və mədəniyyəti ilə bağlı sərgi keçirdirik. İştirak edən hər-birinizə təşəkkür edirəm", - deyə prezident Ersin Tatar söyləyib.
Əkbər