Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə,cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir.
Araşdırma aparılır.
Əlavə məlumat veriləcək.