8 Noyabr Prezident İlham Əliyevin Zəfər salnaməsidir – AÇIQLAMA

Cəmiyyət 15:13 06.11.2023

“8 Noyabr Prezident İlham Əliyevin Zəfər salnaməsidir. Bu Zəfər tariximizdə özünütəsdiqimizin şah əsəri kimi qalacaq”.

Ednews xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu Zəfər bütün türk dünyasının uğuru, tarixi nailiyyəti kimi qiymətləndirilməlidir: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu Zəfər Azərbaycan xalqı və türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaq.

Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Azərbaycan 8 Noyabr Zəfəri sayəsində erməni faşizminin doğura biləcəyi yeni təhlükələri də aradan qaldırdı. Regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olması üçün ciddi zəmin formalaşdırdı.

Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bununla da yalnız dövlətimizin deyil, bütün regionun həyatında yeni bir dövrün, yeni bir dönəmin əsası qoyuldu”.

Cəlil Xəlilov bildirib ki, qələbənin əldə edilməsində xalq-ordu birliyi həlledici rol oynayıb: “44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi.

Vətən müharibəsi Ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on iki min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk edərək, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə Orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibədə Orduya dəstək məqsədilə çoxlu sayda aksiyalar təşkil edildi ki, bu aksiyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi”.

Cəlil Xəlilov 8 Noyabr Zəfərini şərtləndirən ən mühüm amillərdən birinin məhz bacarıqlı sərkərdə faktoru olduğunu vurğulayıb: “Şübhəsiz, 44 günlük Vətən müharibəsi vaxtında qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu Qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq.

Cari ilin sentyabr ayında Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri bir daha Ordumuzun gücünü nümayiş etdirdi. Lokal antiterror tədbirləri bir daha sübut etdi ki, heç bir qüvvə Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməz”.

Polkovnik müharibə zamanı cəmiyyətin bütün təbəqələrinin, eləcə də veteranların ciddi aktivlik və fədakarlıq sərgilədiyini vurğulayıb: “Bu müharibə adından da göründüyü kimi Vətən müharibəsi idi və buna görə də bu müharibədə hər bir vətəndaş, hər bir qurum, cəmiyyətin hər bir təbəqəsi bu və ya digər formada iştirak edirdi. Həmin dövrlər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da ikiqat aktivlik sərgiləmiş, Ordumuzun qələbəsi üçün bütün imkanlarını səfərbər etmişdir. Təşkilatımızın nümayəndələri müharibə dönəmində xalqı Ali Baş Komandan ətrafında birləşməyə səsləyən silsilə çıxışlar etmiş, görüşlər, tədbirlər keçirmişdir. Veteranlarımız dəfələrlə cəbhə bölgəsinə səfər edərək əsgərləri qələbəyə ruhlandırmış, Ordumuzla mənəvi həmrəylik nümayiş etdirmişdir. Orduya yardımların göndərilməsi, erməni yalanlarına və xaricdəki məkirli qüvvələrin dezinformasiyalarına qarşı mübarizənin aparılması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması da bizim fəaliyyətimizin əsasını təşkil edib. Çalışmışıq ki, atdığımız hər bir addımla Ordumuza layiq olaq, onun Zəfərinə töhfə verək”.

Cəlil Xəlilov qeyd edib ki, böyük Zəfərdən sonra keçən üç il ərzində Azərbaycan hərbi müstəvidə əldə etdiyi Qələbənin nəticələrini siyasi-diplomatik müstəvidə daha da gücləndirib, yeni uğurlara imza atıb: “Bizim üçün qüurruverici məqamlardan biri də ondan ibarətdir ki, dövlətimiz son üç il ərzində 8 Noyabr Zəfərini siyasi-diplomatik müstəvidə də davam etdirib və möhkəmləndirib. Bu gün dünyanın bütün aparıcı dövlətləri, bütün beynəlxalq təşkilatlar Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini, habelə bu Qələbənin nəticələrini tanıyır, bunu qəbul edir. Bu, olduqca mühüm, vacib və əhəmiyyətli bir amildir. Bu, həm də o deməkdir ki, dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir, bu mübarizənin nəticəsini tanımaqla reallığı qəbul edir.

Təbii ki, biz bütün bunlara görə Müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, Ordumuza, həmçinin xalqımızın birliyinə və fədakarlığına borcluyuq.

Bu gün Azərbaycan Ordusu bütün regionun bir nömrəli ordusudur. Ali Baş Komandanın bilavasitə rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri daim inkişaf etməkdə, öz peşəkarlığını, maddi-texniki təchizatını yüksəldir. Bu isə o deməkdir ki, Azərbaycan öz təhlükəsizliyini təmin etməyə qadirdir və gələcəkdə də istənilən təhdidə qarşı mübarizədə eyni qətiyyət və əzmkarlıq ortaya qoyacaq”.

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Hamısı