“Biz Azərbaycanın Qarabağ iqtisadi rayonunda onlarla erməniyə telefon və video zənglər vasitəsilə Ermənistandakı qohumları ilə əlaqə saxlamağa kömək etdik".
Ednews xəbər verir ki, bunu BQXK-nın Ermənistandakı nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni bildirib.
"İşçi qruplarımız mütəmadi olaraq Qarabağda qalmaq arzusunu bildirən şəxslərə baş çəkir, onların ehtiyaclarını araşdırırlar”, - deyə o əlavə edib.