Sosial şəbəkələr gənclərə necə təsir edir? - Sosioloqdan RƏY

Cəmiyyət 12:40 16.11.2023

Günümüzdə silah anlamı hərbi təchizatlardan savayı, həm də insanların psixoloji və mənəvi vəziyyətinə təsir edən amillərdir ki, bunun ən böyük nümunəsi sosial media şəbəkələridir.

Məsələ ilə bağlı Ednews-a danışan sosialoq Aynur Hacızadə sosial media şəbəkələrinin yaşadığımız zamana uyğun bir silah kimi istifadə edilə biləcəyini qeyd etdi.

"Yaşadığımız əsrdə sosial media həyatımızın mərkəzindədir. Buna görə də, gündəlik həyatımız təbii ki, istifadə etdiyimiz müvafiq şəbəkələrdən təsirlənir. Bu halda sosial media bəzi qüvvələr tərəfindən xüsusi maraqlara xidmət etmək üçün istifadə edilir. Doğrudur ki, müasir zamanda silah anlayışı təkcə hərbi deyil, həm də insanlara psixoloji cəhətdən zərər vermək baxımından inkişaf etmişdir. Bu sahə üzrə təbii ki, ən qabaqcıl vasitə sosial mediadır. Əvvala ona görə ki, bu texnologiyanın heç limiti yoxdur və bu üzrə  tam nəzarət qeyri-mümkündür. Bildiyimiz kimi, qloballaşmadan sonra demək olar ki, bütün dünya ölkələrinin əhalisi sosial media ilə günə başlayır və günü bitirir. Artıq televiziya və ya radio özünün təlabatını əhəmiyyətli dərəcədə itirmişdir. Əvəzində bir-birindən fərqli şəkildə fəaliyyət göstərən media platformları mövcuddur ki, onlar hər gün xeyli sayda məlumat ötürürlər. Həddən artıq informasiyanın yayımlanması insanların zehninə təsir etmək üçün sosial medianı ən məqsədəuyğun vasitə edir". 

Sosialoq günümüzdə sosial media insanlara, əsasən də gənclərə necə təsir göstərir sualına insanların gənc yaşlarından sosial media ilə tanış etdirilməsinin zəruri olduğunu bildirdi:

"Gənclərin sosial mediadan istifadəsi olduqca həssas bir mövzudur. Mediadan ən çox gənclər təsirləndiyi üçün bu barədə onu deyə bilərəm ki, valideyn nəzarəti kişik yaşlardan öz sözünü deməlidir. Bir çoxlarının fikrincə uşaqların “smartfon”lardardan, eləcə də sosial mediadan istifadəsinə qadağa qoymaq onlar üçün xeyirlidir. Lakin, bu fikir praktikada özünü doğrultmur. Ona görə ki, hər bir insan doğulduğu andan etibarən yaşadığı mühitə öyrəşməli və onun bir parçası olmalıdır. Praktika onu göstərir ki, erkən yaşlardan gəncləri sosial media və müasir texnologiyalar ilə tanış olmasına şərait yaratmaq lazımdır. Əks təqdirdə gənclər nisbətən böyüyüb formalaşdırdıqdan sonra bu kimi texnologiyalardan istifadənin limitini də gec kəşf edirlər. Bu sonradan onların qeyri-məhdud sayda və səmərəsiz şəkildə istifadəçiyə çevrilməsinə gətirib çıxarır". 

Hər gün yeni trendlərin yaranmasının, gənclərin hər dəfə yeni axımlara vaxt ayırmasının onlarda diqqət pozuntusu yaratdığını deyən sosialoq məsələyə psixoloji aspektən yanaşdı.

Ekspert vurğuladı ki, günümüzdə sosial media şəbəkələrində tez-tez fərqli axımlar və trendlər ortaya çıxır:

"Bütün bunlar gəncləri cəzb edir və sürətlə onların həyatlarının bir parçasına çevrilir. Lakin, belə bir məqam da var ki, gənclər psixoloji olaraq daha davamsız olurlar. Beləliklə, qısa zaman ərzində məzmunundan asılı olamayaraq qısa zaman ərzində məşhurlaşan – trend halına gələn mövzuların yaranması gənclərdə diqqət pozuntusu yaradır. Azyaşlıların tez-tez yeni trendlərin bir parçası olması onların əhval ruhiyyəsinə mənfi təsir göstərə blir. Bunu da qeyd edim ki, trednlərə bir vaxtdan sonra marağın azalması gənc insanlarda mənəvi boşluq hissi yaradır. Əlavə olaraq, bu tendensiyaya qoşula bilməyən gənclər özlərini tənha hiss edirlər. Nəticə etibarilə deyə bilərəm ki, sosial media bir çox məqsədlər üçün istifadə edilə bilər. Burada əsas məsələ insanların yeni texnologiyalardan idarəli şəkildə istifadə edə bilmək qabiliyyətlərini inkişaf etdirməsi və gənclərin bu sahədə balanslı şəkildə yönləndirilməsidir".

Fərid Axund

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Hamısı